• 29 Sentyabr 2020
logo
Pakistanın yeni səfiri Azərbaycana gəlib

Pakistanın yeni səfiri Azərbaycana gəlib

Pakistanın yeni səfiri Bilal Hayee Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, bu barədə səfir "Twitter"də bildirib.

“Təhlükəsiz şəraitdə Bakıya çatdım və Pakistanın Azərbaycandakı səfiri postunu təhvil aldım. Karyeramda yeni bir səhifənin açılmasından və qardaş Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəmi verməkdən məmnunam”, - deyə pakistanlı diplomat qeyd edib.