• 19 Sentyabr 2020
logo
"İradə Gülməmmədovaya general Polad Həşimovun adına küçə verilməsi ilə bağlı müraciət olundu"

"İradə Gülməmmədovaya general Polad Həşimovun adına küçə verilməsi ilə bağlı müraciət olundu"

"Abşeron rayonun icra başçısı hörmətli İradə xanım Gülməmmədova rəsmi şəkildə müraciət etdim ki, Abşeron rayonun Mehdiabad qəsəbəsinin küçələrindən biri general Polad Həşimovun adına verilsin"-bu fikirləri "Xalq Cəbhəsi.az" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, icra başçısı İradə Gülməmmədova Abşeron rayonunda hər zaman vətənpərvərliyin ,milli və mənəvi dəyərlərin təblığınə geniş yer verir:" Məlumat üçün deyim ki, mən abşeronluyam. Abşeronun Mehdiabad qəsəbəsində anadan olmuşam. Bu gün qədər rayonumuza 8 icra başcısı təyin edilib. İrad xanımın rayonunumuzda icra başçısı kimi fəaliyyətini çox yüksək qiymətləndirirəm və onun fəaliyyətinin canlı şahidlərindən biriyəm. Xatırlayırsınızsa, Tovuz hadisələri olanda İradə xanım öz oğlu ilə birlikdə könüllü olaraq səfərbərərlik xidmətinə müraciət edib, vətənimizin keşiyində durmağa hazır olduğunu bildirmişdi. Həmçinin də rayonumuzda köklü islahatların, abadlıq quruculuq işlərinin aparılması və Abşeronda mövcud problemlərin həlli olunması ilə bağlı dövlət qurumlarına rəsmi müraciətlər edir və problemlərin həlli isitiqamətində səylər göstərir. Bunu görməmək mümkün deyil. Mənim İradə xanıma bu günə qədər bir necə rəsmi müraciətim olub. Mehdiabad qəsəbəsinin 1 nömrəli orta məktəbinə əlavə korrpusun tikilməsi və və 1920-ci ildə Azərbaycanı işğal edən 11 qızıl orduya nökərlik etmiş şəxslərin adının dəyişdirilməsi və digər məsələrlə bağlı. Çox sağ olsun İradə xanımın qəsəbəmizlə bağlı müraciətlərimi qısa müddətdə həll edib. İnanıram ki, hamımızın ürəyincə olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda səngərdə şəhid olan, xalqımızın fəxri Polad Həşimovun adına Mehdiabad qəsəbəsinin küçələrinin birinin adının dəyişdirilməsinə öz köməyini əsirgəmiyəcək. Genralımız Polad Həşimovu hər yerdə YAŞATMALIYIQ! Mənə elə gəlir ki, bu baş versə, Mehdibad qəsəbəsində yaşayan 50 min vətəndaşın hər birinin ürəyincə olar!"