• 27 İyul 2024
logo
Mehriban Əliyeva Bilik günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Bilik günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə "Instagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm can sağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”.