• 27 İyul 2024
logo
Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bakı Türk şəhidliyi abidəsinin önünə əklil qoyublar.

E. Özoral deyib ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər tək bugünkü Azərbaycanın yolunu açmayıb, eyni zamanda Azərbaycan və Türkiyə üzərində qurulmaq istənilən oyunların sonunu gətirib: “Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi, bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayğı ilə anıram”.