• 18 Sentyabr 2020
logo
Səməd Seyidov: “Ermənilər AŞPA-nın komitələrində müzakirələrdən qaçıb”

Səməd Seyidov: “Ermənilər AŞPA-nın komitələrində müzakirələrdən qaçıb”

“Dağlıq Qarabağda qanunsuz məskunlaşma ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldik. Belə müraciətlər ünvanlandı. AŞPA Prezidentinə və Baş Katibinə də belə müraciət edildi”.

Bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, AŞPA-nın komitələrinin onlayn iclaslarında ermənilər bu müzakirələrdən qaçıb: “Çünki bu, beynəlxalq cinayətdir. Ermənistan və Paşinyan dünyaya yalan danışaraq, Dağlıq Qarabağda qanunsuz köçürməni həyata keçirmədiyini deyir, bunu qondarma rejimin üzərinə atmağa çalışır. O rejim bunu həyata keçirmək imkanında deyil. Ermənilər xislətlərini dünyaya nümayiş etdirirlər”.