• 23 Sentyabr 2020
logo
Azərbaycanın "Dostluq" ordeni rusiyalı yazıçı Albert Lixanova təqdim olunub

Azərbaycanın "Dostluq" ordeni rusiyalı yazıçı Albert Lixanova təqdim olunub

Azərbaycanın "Dostluq" ordeni Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova təqdim olunub.

Dövlət mükafatını Albert Lixanova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oğlu təqdim edib.

Mərasimdə çıxış edən Polad Bülbüloğlu Azərbaycan prezidenti İlham Əliyevin Albert Lixanovun Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncamını və təbrik məktubunu oxuyub.
Albert Lixanov Azərbaycanın ali mükafatına layiq görüldüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.