• 18 Sentyabr 2020
logo
Monoetnik dövlət olan Ermənistan tarix boyu azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirib - Jalə Əhmədova

Monoetnik dövlət olan Ermənistan tarix boyu azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirib - Jalə Əhmədova

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edən dörd qətnaməsinə və bir çox bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü hələ də davam etməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, BMT-nin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü işğal nəticəsində Azərbaycanın təhsil infrastrukturuna dəymiş böyük ziyanı bir daha gündəmə gətirir: “Azərbaycanın işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası erməni daşnakları tərəfindən tamamilə məhv edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. İşğal altında olan torpaqlarımızla yanaşı, düşmən sərhədyanı ərazilərdə yaşayan dinc əhalini və orada yerləşən təhsil ocaqlarını da hədəf alır.

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb isə dağıdılıb. Azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan birbaşa məsuliyyət daşıyır.

Monoetnik dövlət olan Ermənistan tarix boyu azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirib və indiyənədək bunu davam etdirir. Bunun nəticəsi olaraq, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində, Goranboyun Ballıqaya kəndində və digər yaşayış yerlərində xeyli sayda uşaqlar və məktəblilər düşmən tərəfindən qətlə yetirilib”.