• 27 İyul 2024
logo
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.