• 20 Sentyabr 2020
logo
Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb

Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb

Bu gün Əlcəzairin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, öncə B.Əsgərov Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib. Daha sonra B.Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.
Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb
B.Əsgərov Qarabağ məsələsinə də toxunub, ermənilərin Azərbaycan torpaqlarının 20 faizdən çox hissəsini işğal etdiyini bildirib.
Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb
Səfir xanım S.Abdelhaq Naxçıvan haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.