• 1 Oktyabr 2020
logo
Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı haqda sənədli film hazırladı

Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı haqda sənədli film hazırladı - VİDEO

Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir Millət, İki Dövlət" adlı sənədli film hazırlayıb.

İngilis dilində hazırlanan filmdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, general-mayor Hüseyn Mahmudov, jurnalist Rauf Arifoğlu, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin rəsmisi Elnur Əliyev, Tovuz sakini Zərnişan Gözəlova bu ilin iyul ayında Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda erməni işğalçılarının törətdiyi cinayətlər barədə danışıblar.

Filmdə, həmçinin iki ölkənin siyasi-istisadi ilişgiləri haqda keçirilən tədbirlərdən fraqmentlər göstərilib, Prezidentlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın fikirləri səsləndirilib.