Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
DSX-dən verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid¬mətinin Sərhəd Qoşun¬larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid¬məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa¬mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax¬lanılıb.
Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.