• 20 Sentyabr 2020
logo
“Bu payız və qış çox “isti” olacaq”

“Bu payız və qış çox “isti” olacaq”

Kaan Sarıaydın: “Ermənistan və Yunanıstan qaynar qazanın içinə girmiş ölkələrdir”

“Yeni dünya” ifadəsi 2020-ci ildə bütün dünyada həyatımıza daxil oldu. Niyə? Çünki qlobal sərmayə əslində çoxdan bir cəbhə yaratmağa başlamışdı, yeni bir sima istəyirdi”. “Xalq cəbhəsi”nin məlumatına görə, bu fikirləri türkiyəli iqtisadçı, metasof Kaan Sarıaydın səsləndirib. O, bildirib ki, Çin, ABŞ-ı əvəz edəcək yeni qəhrəman olaraq bu işə hazırlaşırdı: “ABŞ üçün ssenarilər hazırlanırdı və ABŞ Ağ Ev və Pentaqon olaraq iki başlı vəziyyətə düşüb. ABŞ iqtisadi cəhətdən sarsılır. Sarsılmalar olduqca da geri çəkilməyi, dünyanı yalnız əsgərsiz, silahsız və şantajsız idarə etməyi üstün tutur və millətçi ritorika ilə bir növ daxilə qapanmaq istədiyi fonu yaradır. Tramp dəyişikliyi ABŞ-ın bəlli olan bütün dünya siyasətində fərqlilik nümayiş etdirir və Çinə qarşı iqtisadi müharibəyə başlayırdı. Digər tərəfdən, qlobal kapital İsveçrə və Honk Konq kimi yerlərdən “silahlarını”-yəni maliyyə istiqamətlərini dəyişdirirdi. Bununla kifayətlənməyib əvvəldən mövcud olduğu yerlərin etibarını və nüfuzunu sarsıdan hərəkətlərlə dəyişikliyi açıq şəkildə və topluma yönəlik olaraq göstərirdi”.
Ekspert əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Braziliya qlobal kapitalın qeyri-rəsmi maliyyə mexanizmlərinin mərkəzi seçildi: “2019-cu ildə qızıl üzərindən manipulyasiyanın təşkili üçün seçilən mərkəz Birləşmiş Ərəb Əmirlikləridir. Buradan, ölkələrin birjalarına qarşı peşəkar şəkildə əməliyyatlar həyata keçirərək mövcud iqtidarlar üçün problemər yaradacaq həmlələr edirdilər. Dünya birjalarında istiləşməyə baxanda iqtidarlar üçün çətinliklər yaradan hərəkətlərin şəkil dəyişdiyini görə bilərsiniz. Əvvəllər terror qrupları və ya qalmaqallı görüntülər, cəmiyyətləri bir-birindən ayıraraq qalmaqallı hərəkətlərlə etdikləri sosial düşüncə siyasətlərini artıq birjada etməyə başladıqlarını görmək çox asandır. Qlobal bazarda qızıl üzərindən oynanan oyunların son səhnəsi bu ayın ortalarına qədər davam edəcək. Bu səbəbdən prosesdə yaxşı bir analiz və təcrübəyə sahib deyilsinizsə izləmək və tamaşaçı olmaq ən yaxşısıdır”.
K.Sarıaydın əlavə edib ki, Şərqi Aralıq dənizində davam edən prosesin qaz axtarmaqdan ibarət olduğunu düşünənlər dünyanı oxuya bilməyənlərdir: “S-400 verib əvəzinə saman almağımızı qəbul edəcək qədər bir çox dayaz insan var. Yeni dünyanın dəyişməsini öncədən görərək hərəkət etmək ölkəmizə çox şey qazandırdı. Şərqi Aralıq dənizi prosesi sabahların dünyasında yaradılması istənilən ticarət marşrutuna dur deməkdir. Mən də varam yox, mənəm deməkdir. Hamısı uğursuz olduqları üçün geri çəkiləcək və geri çəkilib onları gözləyən cəhənnəmə gedəcəklər”.
O, əlavə edib ki, bu payız və bu qış bütün dünya üçün çox isti olacaq, amma bu müddətdə Şərqi Aralıq dənizi prosesi və ölkəm indidən əldə edilmiş uğurlarla daha da güclənəcək. Çox uzaq tarixlərdən danışmıram. Bu payız və qışda Almaniya, Fransa, ABŞ, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Misir, Ərəbistan, İraq, İsrail, Avstriya, Rumıniya, Bolqarıstan, Peru, Çili, Braziliya, Ermənistan, Yunanıstan qaynar qazanın içinə girmiş ölkələrdir. Bu qış da çox isti olacaq! Bu müddətdə aylar əvvəl yazdığım kimi pul istiqamətini dəyişəcək, şirkətlər pullarını ölkəmizə daşımaq üçün sıraya girəcəklər. Sadəcə seyr edin və görün”.

Əli Zülfüqaroğlu