Rusiyada MDB, Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 13 ölkənin Müdafiə Naziri iştirak edir.
Bundan başqa, birgə iclasa MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və KTMT-nin baş katibi Stanislav Zas qatılıblar.
Azərbaycanı tədbirdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təmsil edir.