• 27 Sentyabr 2020
logo
" İsa Sadıqov Rusiyanın agentidir"

" İsa Sadıqov Rusiyanın agentidir"

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

Niyaməddin bəy, Norveçdə avtobus şoferi olan İsa Sadıqov "Youtube" üzərindən tez-tez ölkə rəhbərliyini təhqir edir, Qüdrət bəyə də hərdən söz atır. Niyə belə davranır?

- O Rusiyanın agentidir. Başqa millətə satılıb öz xalqına qarşı işləyənin şəxsiyyəti olmaz . Ona görə də ona deyəndə hoppan hoppanır, söy söyür.

Nəyə əsaslanıb onun xain olduğunu söyləyirsiniz?

Onun tərcümeyi -halı ilə diqqətlə tanış olun. O Rusiyaya sədaqət andı içmiş hərbçi olub.1990-cı ilin Yanvar qırğınından da sonra o rus ordusunda xidmət edib. Azərbaycan müstəqillik əldə edəndən sonra 1991-ci ildə etibarlı adam kimi Çexoslovakiyadan çağırıb Zaqafqaziya Hərbi dairəsinə göndəriblər. Halbuki, o vaxt Zaqafqaziya respublikaları müstəqilliklərini elan etmişdilər. Sonra isə onu 1992-ci ildə bir çox başqaları kimi Azərbaycan ordusunun içərisinə salıblar. O isə ruslara ən böyük "xidmətini" 1993-cü ilin iyununda Surətin qiyamı zamanı göstərdi. Elçibəy onu göndərir Surəti tərkisilah etməyə, o isə Surətin hərbi hissəsini mühasirəyə alan, tabeçiliyində olan hərbiçilərə sonrakı addımlar barədə heç bir göstəriş vermədən Surətlə çay içmək üçün onun kabinetinə gedir. Orda qaşılıqlı razılaşma əsasında (agentlər çox vaxt izi itirmək üçün işlədiyi qarşı tərəfə deyir ki,mənə xəsarət yetirin) Surət bunun ağzına -burnuna bir iki yumruq vurub ağzının qanını burnunun suyuna qatıb binanın zirzəmisinə tullayır. Tam kinolarda olduğu kimi . Bayırdakı başsız hərbçilər silahı yerə qoyandan sonra isə bir nəfər gəlib onu açıb buraxır. Bir dəfə özüm qulaq asırdım , deyirdi ki, mənim İlham Əliyevdən nəyim əskikdir ondan gözələm və s. Bəlkə də belə əməllərinə görə ruslar onu ifşa edib , əməkdaşlığa cəlb ediblər. Mən hər kəsdən soruşuram , Surətin üstünə gedən hərbçi komandir necə oldu ki, nəinki qiyamdan sonra məsuliyyətə cəlb olunmadı, hətta 1995- ci ildə könüllü istefa verənə qədər Orduda yüksək vəzifə tutaraq qaldı? Necə oldu ki, qiyamdan sonra Baş Nazir olan Surət buna imkan verdi? Rus kəşfiyyatı onu məqsədli Norveçə atıb və ehtiyat kimi saxlayır. Həm də orda onun kimi adamlara şəxsi həyatlarını açıq yaşamaq daha rahat olduğu üçün. Ordan da söydürürlər. Korrupsionerin böyrünə sığınmış, yaxud göndərilmiş birisi əxlaqdan , kişilikdən danışır. Korrupsioner çox Qərb-Qərb dediyindən bəlkə ora da göndəriblər. Ona görə də belələrinə qulaq asmaq lazım deyil.