• 26 Sentyabr 2020
logo
Deputat: Dərslərin pandemiya şəraitinə uyğun qaydalarla başlanıması vacib addım idi

Deputat: Dərslərin pandemiya şəraitinə uyğun qaydalarla başlanıması vacib addım idi

Azərbaycanda yeni tədris ilindən dərslərin pandemiya şəraitinə uyğun qaydalarla başlanılması vacib addım idi. Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, pandemiyanın nə qədər davam edəcəyi hələki tam bəlli deyil: “Bildiyiniz kimi koronavirusa qarşı hələ ki, tam təsdiq edilmiş vaksin istifadəyə verilməyib. Əlbəttə ki, vaksinin nə zaman istifadəyə veriləcəyini oturub gözləmək də doğru olmazdı. Tarixin bütün dövrlərində təhsil cəmiyyətlərin həyatında müstəsna rola və əhəmiyyətə malik olub. Dövlətin, cəmiyyətin bütün parametrlər üzrə inkişafı təhsilin səviyyəsindən aılıdır. Müasir dövrün qlobal çağırışları təhsilin əhəmiyyətini daha da artırır. Təhsilin inkişafı bugünümüzlə yanaşı gələcək inkişafımıza da təminat verən bir amildir. Bu baxımdan pamdemiya dövründə tədrisin bərpası olduqa mühüm və həyati əhəmiyyət kəsb edən mələ idi.

Bildiyiniz kimi 15 sentyabr tarixdən ibtidai siniflərin həftədə 2-3 dəfə dərsə gəlməsi, 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərslərinin isə onlayn qaydada başlaması nəzərdə tutulur. 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Ali məktəblərdə isə dərslə onlayn qaydada başlayacaq.

Göründüyü kimi dərslər pandemiya dövrünün şərtlərinə uyğun qaydada bərpa olunur və əgər yoluxma sayları aşağı düşməkdə davam etsə ənənəvi təhil tam bərpa oluna bilər. Bu isə insanlarımızın, cəmiyyətimizin davranışından asılıdır. Burada orta məktəb rəhbərləri ilə valideyinlərin də üzərinə xüsusi məsuliyyət düşür. Bildiyiniz kimi bununla bağlı təhsil naziri Emin Əmrullayev də bu günlərdə keçirdiyi mətbuat konfransında valideynlərə çağırış edərək hərarəti yüksək olan uşaqları məktəbə gətirməməyi tövsiyə etdi, eyni zamanda məktəblər daxilində bir sıra qabaqlayıcı tədbirlərin həyata keçiriləcəyini, o diqqətə çatdırdı”.

Deputat qeyd edib ki, əlbəttə ki, dərslərin açılmasına imkan verən amil ölkəmizdə koronavirusa qarşı mübarizədə əldə olunan müsbət dinamikadır: “Ancaq bu müsbət dinamkianın qorunması bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Buna görə də virusa qarşı vaksin tapılana qədər qaydalara riayət etməliyik”.

A.Həsənova həmçinin onlayn dərslərə nəzarətin artırılmasının vacibliyini qeyd edib: “Onlayn dərsələr zamanı dərsdən yayınma ehtimalı da olduğu üçün hər bir şagirdin, tələbənin internetinin olub olmamasına, dərsə qoşulub-qoşulmamasına nəzarət gücləndirilməlidir. Eyni zamanda hesab erdirəm ki, pandemiya dövründə şagirdlərin təhsilini, gündəlik təlib-tərbiyəsini gücləndirmək üçün müəllimlərin də iştirakı ilə onlayn intellektual oyunların, yarışların keçirilməsinə ehtiyac var. Bu, eyni zamanda məktəb və valideynlərin birgə səyi ilə uşaqları nəzarətdə saxlamağa və onların təlim-tərbiyəsinin davamlılığını təmin etməyə kömək edəcək”.