• 6 İyul 2025
logo
Elxan Şahinoğlu: “İndiki halda, BÖYÜK TURAN-dan danışmağa dəyməz” - VİDEO

Elxan Şahinoğlu: “İndiki halda, BÖYÜK TURAN-dan danışmağa dəyməz” - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağa gəlib. O, Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub. infrastrukturların gücləndirilməsi üçün aparılan mühəndis işləri ilə tanış olub. Hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət edib. Müəyyən dairələrdə bu, ermənilərin geniş miqyaslı müharibəyə hazırlığı kimi qiymətləndirilir. Xüsusi ilə Rusiyanın son günlər bu ölkəyə müntəzəm silah tədarükü, bu ehtimalı bir qədər də artırıb. Mülkü əhali hesabına canlı qüvvənin artırılma istəyi də məsələnin ciddiliyinə işarə kimi qiymətləndirilir. Hazırda Cənubi Qafqazın geosiyasətində nə baş verir? Türkdilli ölkələr hansı tərəfdədir? Türkiyənin atacağı addımlar nələrə səbəb ola bilər? Politoloq Elxan Şahinoğlu AXC TV-yə danışıb.