• 16 Oktyabr 2021
logo
Hikmət Hacıyev: “Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var”

Hikmət Hacıyev: “Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var”

“Suriya istiqamətindən də Ermənistana uçuşların artması, silah daşınması müşahidə edilir”.

Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var: “Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.
O, son günlər Ermənistanda könüllülər adı altında hərbi qrupların yaradılmasına da münasibət bildirib: “Son günlər Ermənistanda könüllülər adı altında hərbi qrupların yaradılması barədə qərar qəbul edilib. Bunu Ermənistanda demoqrafik böhranın bir təzahürü kimi qəbul edirik. Bu, Ermənistanın silahlı birləşmələrini komplektləşdirməkdə çətinlik çəkdiyini göstərir. Ermənistan rəhbərliyi “bolşevik” tipli silahlı birləşmələr yaratmaq istəyir ki, öz məqsədləri üçün istifadə etsin. Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə də təqdim edirlər ki, guya Ermənistan silahlı bölmələrində itki yoxdur”.