• 3 İyul 2025
logo
Moskvadan ikibaşlı siyasət: “Kreml bu nağılı ona görə quraşdırıb ki...”

Moskvadan ikibaşlı siyasət: “Kreml bu nağılı ona görə quraşdırıb ki...”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gələrək bizi inandırmağa çalışr ki, Rusiyadan Ermənistana təyyarələrdə daşınan hərbi yük deyilmiş, Rusiya hərbi bazaları üçün nəzərdə tutulan “inşaat texnikası imiş”: “Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın”.