• 27 Oktyabr 2021
logo
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər

Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək. Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyazma studiyası və digər zəruri infrastruktur yaradılıb.