• 26 Oktyabr 2021
logo
Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəb binasının açılışında iştirak ediblər

Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəb binasının açılışında iştirak ediblər

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 624 şagird yerlik məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Bu təhsil müəssisəsi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub.