• 26 Oktyabr 2021
logo
“İnsan hüquqlarının qorunmasından Ermənistanın danışmağa heç bir haqqı yoxdur”

“İnsan hüquqlarının qorunmasından Ermənistanın danışmağa heç bir haqqı yoxdur”

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov xalqcebhesi.az-a bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyə, erməni tərəfin atış və dayaq mövqelərini neytrallaşdırımağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadəti bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq: “İşğalçı Ermənistan hər dəfə təxribat törətməyə cəhd edərkən böyük itki verərərk geri çəkilib. Bu dəfə də belə olub, lakin qarşı tərəf bu itkilərin sayını gizlədir. Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Hazırda ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub. Azərbaycan tərəfi erməni hərbi əsirlərlə beynəlxalq hüquq çərçivəsində rəftar edir. Bunu heç cürə Ermənistana aid etmək olmaz. Ermənistan yenə də öz ampulasından çıxışlar edir, guya avqustun 23-də əsgərlərimiz tərəfindən tutulan zabit Qurgin Alberyanın hüquqları pozulur. Bunu hətta həyasızcasına Ermənistanın ombudsmanı A.Tatoyan bəyan edib. Amma o, beynəlxalq qanunvericiliyə istinad etməzdən və belə bir iddia irəli sürməkdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini köbud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı”.

QHT sədri onu da vurğulayıb ki, insan hüquqlarının qorunmasından Ermənistanın danışmağa heç bir haqqı yoxdur: “On minlərlə azərbaycanlıya qarşı soyqırım siyasəti həyata keçirən Ermənistan bütün beynəlxaq hüquq prinsiplərini ayaqlar altına atmış olub. Təəssüflər olsun ki, demokratiya, insan haqlarından dəm vurun dövlətlər və birliklər işğalçı Ermənistanın siyasətinə göz yumurlar. Amma unutmasınlar ki, Azərbaycan bir qarış torpağını belə işğalda qoymayacaq. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarda münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir. Ermənistanın bütün təxribatlarının qarşısını almağa Ordumuz hazırdır. Necə ki, aprel döyüşlərində, Tovuz hadisələrində bu baş verdi. Ermənistan Azərbaycanın gücünü görüb. Lakin hələ də “böyük qardaşı”na arxayındır. Amma unudur ki, yaxın zamanlarda “böyük qardaş”ı onu meydanda tək buraxacaq”.

Cavid