• 16 Oktyabr 2021
logo
Fəzail Ağamalı: Ramiz Mehdiyev bu gün də Rusiyadan təlimat alır - VİDEO

Fəzail Ağamalı: Ramiz Mehdiyev bu gün də Rusiyadan təlimat alır - VİDEO

Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələ, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimidir. İştirakçılardan birinin telefon vasitəsi ilə çəkərək ictimailəşdirdiyi mərasim, ciddi şəkildə etirazlara səbəb oldu. Xüsusi ilə, karantin dövründə hərəkət və fəaliyyət imkanları məhdudlaşdırılan sadə vətəndaşlar, bu mərasimə "niyə bizə yox, bunlara olar" prizmasından yanaşdılar. Vətəndaşların haqlı narazılığına ən yüksək səviyyədə reaksiya özünü çox gözlətmədi. Sonra, məlum həbslər və cərimələr mərhələsi gəldi. Bu toy mərasimi hansı məntiq və məqsədlə reallaşdı, Ramiz Mehdiyev bu addımı nədən atdı, baş verənlərdə kənar müdaxilə faktoru varmı? Xalq cəbhəsi TV-də Eldəniz Vəliyevin suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.