• 17 Oktyabr 2021
logo
Avqustun 25-dən sentyabrın 4-dək "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçiriləcək

Avqustun 25-dən sentyabrın 4-dək "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçiriləcək

Avqustun 25-dən sentyabrın 4-dək "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində Azərbaycanın ərazi sularında "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçiriləcək.

APA-nın məlumatına görə, "Dəniz kuboku" müsabiqəsi Azərbaycanın dəniz sularında artıq 4-cü ildir ki, keçirilir.

Bu il Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etmir.

Avqustun 17-də "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" gəmisi Bakıya gəlib.

Azərbaycan tərəfindən müsabiqədə iştirak edəcək gəmi - "G-122" gözətçi gəmisidir.

Avqustun 19-da "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar və qol sarğısı təqdim edilib.