• 21 Yanvar 2021
logo
Volkan Bozkırla Azərbaycanın BMT yanında daimi nümayəndəsi arasında telefon danışığı olub

Volkan Bozkırla Azərbaycanın BMT yanında daimi nümayəndəsi arasında telefon danışığı olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasının sədri Volkan Bozkır və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev arasında telefon danışığı olub.

Bu barədə V. Bozkır “Twitter”də bildirib.

“Azərbaycan, Qırğızıstan və Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndələri ilə telefon danışıqlarımız oldu. BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının gündəliyində duran məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - deyə V. Bozkır vurğulayıb.