• 13 İyul 2025
logo
Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional münasibətləri müzakirə edəcəklər

Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional münasibətləri müzakirə edəcəklər

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, avqustun 26-da Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq.