• 29 Oktyabr 2021
logo
Naxçıvanın yeni Maliyyə naziri təyin olunub

Naxçıvanın yeni Maliyyə naziri təyin olunub

Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzalayıb.

Qeyd edək ki, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.