• 26 Oktyabr 2021
logo
Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.