• 17 Oktyabr 2021
logo
"QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti KİV nümayəndələrini mükafatlandırıb

"QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti KİV nümayəndələrini mükafatlandırıb

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan – Azərbaycan Dostluq cəmiyyəti Azərbaycan diasporunun fəaliyyətindən yazan bir qurup jurnalst və mətbuat orqanını təşəkkürnamə ilə təltif edib.

Təltif olunanların sıransında “KANAL 5 “ İnternet Televizyası və kanalın redaktoru Siyavuş Əmirli də var.

Qeyd edək ki, “Qala” Yunanıstan – Azərbaycan Dostluq cəmiyyəti tərəfindən təltif olunan diaspor jurnalistləri və media orqanları bunlardır:

“KANAL 5” İnternet Televiziyası, Elnur Eltürk, Süleyman İsmayılbəyli, Siyavuş Əmirli, Fuad Hüseynzadə, Əli Zülfüqaroğlu, Fazil Əhməd, İqbal Hacıyev, Afət Telmanqızı, Mətanət Əzimova, İlyas Hüseynov.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib ki, fəaliyyətlərinin ilk günlərindən hər zaman Azərbaycan mediasının diqqət mərkəzində olublar: "Cəmiyyətin kiçik tədbirlərindən tutmuş iri miqyaslı layihələrinədək, demək olar ki, heç bir fəaliyyətimiz KİV-in nəzərindən kənarda qalmayıb. Yunanıstanda yaşayan üzvlərimiz adından bu günədək yanımızda olan, Yunanıstanda yaşayan azərbaycanlıların fəaliyyətinin təbliğinə və təşkilatlanmasına media dəstəyi göstərən bütün jurnalist dostlarımıza təşəkkürümüzü bildiririk".