• 18 Oktyabr 2021
logo
Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub

Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub

Bakıda İndoneziyanın Müstəqilliyinin 75-ci ildönümü qeyd olunub.

APA-nın İndoneziyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlki tədbirlərdən fərqli olaraq, COVID-19 pandemiyası ilə əlaqədar budəfəki tədbir məhdud şəkildə təşkil olunub.

Tədbirdə İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili, xanım İnqan Malem, İndoneziyanın Bakıdakı Səfirliyinin bütün əməkdaşları, məhdud sayda isə indoneziyalılar və diaspor üzvləri iştirak edib.
Mərasimdə çıxış edən müvəqqəti işlər vəkili artıq 28 ildir mövcud olan İndoneziya və Azərbaycan arasında ikitərəfli münasibətlərin heç bir maneə olmadan davam etdiyini bildirib. Diplomat deyib ki, hazırda iki ölkə arasında mövcud olan münasibətlər qarşılıqlı faydalı iqtisadi, ticarət və sosial-mədəni əməkdaşlığın genişləndirilməsinə yönəlib.

“Ümid edirik ki, bu çətin dövrdə, xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində, möhkəm ikitərəfli əməkdaşlıqla iki ölkə birgə çətinliklərin öhdəsindən gələ biləcəkdir. İndoneziya ilə Azərbaycanı, qarşılıqlı və hərtərəfli inkişaf üçün bir-birinə ehtiyac duyan tərəfdaş olduqlarını görmək istəyirik. Səmimi qəlbdən ümid edirik ki, iki ölkə arasındakı əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirəcəkdir", - deyə İnqan Malem əlavə edib.