• 17 Oktyabr 2021
logo
Qüdrət Həsənquliyev: Rəsmi Bakı bunu dəqiqləşdirməlidir...

Qüdrət Həsənquliyev: Rəsmi Bakı bunu dəqiqləşdirməlidir...

Belarusda baş verənlərin Azərbaycana birbaşa təsiri olmasa da, rəsmi Bakı prosesləri diqqətlə izləyir. Prosesləri Azərbaycan üçün maraqlı edən bir neçə amil var. Məsələn, Aleksand Lukaşenkonun ölkəmizə münasibəti, KTMT-də kritik anlarda Ermənistanın Azərbaycan əleyhinə olan istəklərinə qarşı çıxması bu amili şərtləndirən səbəblərdən biridir. Amma bu, heç də birmənalı qəbul olunmur. Paralel olaraq düşünənlər var ki, Belarus bütün situasiyalarda məhz Rusiyanın diqtəsi ilə hərəkət edir. Məsələnin digər marağlı tərəfi budur ki, Rusiyanın qərblə, xüsusən ABŞ-la maraqlarının toqquşduğu Belarus, Kremlin gücünün ölçü məkanı kimi görünür. Yəni Lukaşenko hakimiyyətdən uzaqlaşdırılarsa, bu, "BATYA"nın deyil, Kremlin məğlubiyyəti kimi görünəcək. Proseslərin məhz bu tərəfi Belarusu Azərbaycan ictimaiyyəti üçün cəlbedici edir. Çünki Azərbaycanda böyük əksəriyyət bu fikirdədir ki, Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Və şimal qonşumuz bu kartdan Azərbaycana qarşı istifadə edir. Biz, Rusiya ilə münasibətlərimizi necə tənzimləməliyik, Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi hansı halda mümkün ola bilər, əgər bu bazalar Azərbaycanda yaradılarsa, hansı ölkələrin maraqlarına toxuna və əlaqələr kəskinləşə bilər? Bu və digər marağlı sualların cavabını BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən eşidə bilərsiniz. Ətraflı - VİDEODA