• 24 Yanvar 2021
logo
Merkel və Putin Belarusdakı vəziyyəti müzakirə edib

Merkel və Putin Belarusdakı vəziyyəti müzakirə edib

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə A. Merkelin sözçüsü Steffen Seibert bildirib.

“Kansler vurğulayıb ki, Belarus hökuməti dinc nümayişçilərə qarşı güc tətbiq edilməsindən imtina etməli, siyasi məhbusları dərhal azad etməli və ölkədəki böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa getməlidir”, - deyə S. Seibert qeyd edib.