• 16 Oktyabr 2021
logo
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyə səfiri ilə görüşüb

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyə səfiri ilə görüşüb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının "Twitter" səhifəsində məlumat verilib.

“Bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahımızda qarşılamaq şərəfinə nail olduq. Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə məlumatda bildirilib.

Görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.