• 16 Oktyabr 2021
logo
"Azərbaycanın ən yeni tarixi təsdiq edir ki, bu cür riyakar fəaliyyətin sonu yaxşı qurtarmır"

"Azərbaycanın ən yeni tarixi təsdiq edir ki, bu cür riyakar fəaliyyətin sonu yaxşı qurtarmır"

Ötən gün ADP sədri Sərdar Cəlaloğlu gözlənilmədən stəkanda fırtına yaratmaq həvəsinə düşüb və internet televiziyalarından birində Moderator.az-ı Rusiyapərəstlikdə və Anti-Türkiyə mövqeyi ilə çıxış etməkdə suçlayıb. Onun ittiham hədəfində olanlardan biri də BAXCP sədri Qüdrət Həsənquliyev olub.

Moderator.az gecə saatları olduğundan Qüdrət bəyə deyil, BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlıya aşağıdakı sualla müraciət edib:

- Sərdar Cəlaloğlu növbəti dəfə Qüdrət bəyin, Moderator.az-ın və Cavid Qurbanovun haqqında heç bir əsası olmayan, tamamilə şər-böhtan xarakterli açıqlamalarla gündəmə gəlmək istəyib. Sizcə o, niyə Roma Papasından artıq katolik olmaq həvəsinə düşüb?

- Ona fikir vermək lazım deyil, öz doğma qardaşı onun barəsində dedi ki, o, boğazına ip salıb özünü asmalıdır. O, iqtidar daxilində müəyyən şəxslər tərəfindən maliyyələşdirilir və onların tapşırığı ilə danışır. Bu adam Rəsul Quliyevdən tutmuş kimlərin yanında olmayıb və ölkənin dini lideri də daxil iqtidarlı-müxalifətli kimlər haqqında nələr deməyib? Müqəddəs kitabımız "Quran"ın 30 cildlik təfsirini yazdığını iddia edib, yalandan Allaha andan içən ki, "Elçibəy mənə dedi ki, müdafiə nazirini Rusiyanın tağşırığı ilə qoymuşam" deyən birisindən nə desən gözləmək olar! Öz yersiz və emosional çıxışları ilə Azərbaycanın Jrinovskisi statusunu qazanmağa çalışan Sərdar Cəlaloğlu başa düşmür ki, onun təyinatı başqadır. Oğlanlarını hərbi xidmətdən yayındıran birisinin Qarabağdan, vətənpərvərlikdən danışması son dərəcə iyrənc görünür. Özünü Türkiyə tərəfdarı kimi göstərməyinin səbəbi də Türkiyənin onun PKK-çı Dilanla vaxtilə görüşməsini bilməsindən qaynaqlanır. Onun danışıqlarına siyasətçi yox, psixiatr qiymət verməlidir. Bu adam ona təlimat verənlərə deyə bilmir ki, mən Qüdrət Həsənquliyevi necə Rusiyaya meyllilikdə ittiham edə bilərəm ki, o uzun illərdir deyir ki, Qarabağın azadlığı üçün biz forpost Ermənistanla yox, torpaqlarımızın işğal altında qalmasının əsl səbəbkarı olan Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiya ilə danışıqlar nəticə verməzsə biz NATO-ya üzvlüklə bağlı müraciət etməliyik, Avroatlantik məkana inteqrasiya olunmalıyıq. Qoşulmayanlar Hərəkatından imtina edib Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalı, mövcud qanunları dəyişməklə Azərbaycanda Türkiyənin hərbi bazalarını yerləşdirməliyik.Türkiyə ilə viza rejimi qüvvədə olarkən Qüdrət bəy dəfələrlə parlamentdə məsələ qaldırıb ki, Türkiyə ilə viza rejimi aradan qaldırılsın, şəxsiyyət vəsiqələri ilə gediş-gəliş təmin olunsun, İqtisadi, siyasi, mədəni və hərbi sahədə əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılsın. Ordunun rəhbərliyi Azərbaycanda və Türkiyədə hərbi təhsil almış şəxslərlə gücləndirilsin. Bütün bunlardan sonra Qüdrət bəyi Türkiyəyə qarşı olmaqda ya psixi xəstə, ya da son dərəcə ləyaqət hissini itirmiş birisi iddia edə bilər. Həm də təkcə onu yox, Moderator.az saytını və Cavid Qurbanovu. Moderator.az saytı hər zaman ölkədə sabitliyin təminatçısı olan islahatları genişləndirmək imkanına malik olan tək siyasi lider kimi Prezidentİlham Əliyevi dəstəkləyib, ona informasiya dəstəyi verib. Cavid Qurbanov isə iqtidar daxilində həmişə sadiqliyi və bpeşəkarlığı ilə seçilənlərdən olub. Azərbaycan kiçik bir dövlətdir və hamı hər şeyi bilir. O cümlədən Sərdara efir verənlərin də hökumətdə hansı qurumdan tapşırıq aldıqlarını da. Sərdara və ona efir verənlərə tapşırıq verənlər qrup maraqlarından çıxış etməyə son qoymalı və təmsil olunduqları komandanın və ölkənin maraqlarından çıxış etməlidirlər. Azərbaycanın ən yeni tarixi təsdiq edir ki, bu cür riyakar fəaliyyətin sonu yaxşı qurtarmır.