• 29 Mart 2024
logo
Erməni deputatların qənimi olan Azər Süleymanov əsl kişi obrazı kimi tanınıb

Erməni deputatların qənimi olan Azər Süleymanov əsl kişi obrazı kimi tanınıb

Gürcüstanda bu ilin oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq gedir. Artıq parlamentdə təmsil olunmayan 68 siyasi partiya seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Gürcüstan MSK-dan bildirilib ki, parlamentdə təmsil olunmayan siyasi partiyaların seçkilərdə iştirakla bağlı müraciət vaxtı iyulun 15-də başa çatıb. Bu günədək 68 siyasi partiya MSK-ya müraciət edib. Onlardan 14-ü qeydiyyata alınıb, bir partiyanın sənədləri geri qaytarılıb. MSK-dan onu bildiriblər ki, parlamentdə təmsil olunan siyasi partiyaların qeydiyyatı isə seçkilərə 57 gün qalmış başa çatır. Seçkilərdə iştirak edəcək siyasi partiya və blokların tam siyahısı seçkilərə 30 gün qalmış, oktyabrın 2-də elan olunacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il qarışıq sistem əsasında keçiriləcək. Parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proprosional (partiya siyahısı üzrə) seçiləcək. Seçicilərin 1 faizinin səsini qazanan siyasi partiya parlamentdə təmin olunma hüququ qazanacaq. Məlumat üçün xatırladaq ki, bundan əvvəlki seçkilərdə deputatların 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar sistem üzrə seçilmişdi.

Onu da bildirək ki, Gürcüstanda xeyli sayda soydaşımız da yaşayır. Onların səsi uğrunda da siyasi qüvvələrin açıq mübarizəsi başlayıb.

Siyasi analitik Turab Rzayev Avrasiya.net-ə bildirib ki, Gürcüstan tarixində ilk parlament Qıpçaq türkü olan Qutlu Arslan tərəfindən irəli sürülmüşdür. Kraliça Tamaranın həddən artıq limitsiz səlahiyyətini çərçivəyə salmaq istəyən Qultu Arslanı həbs etdirən Tamara, onu məcbur həbsdən azad etsə də, parlamenti yaratmağa imkan vermir. Hazırki parlament 150 yerdən təşkil olunub ki, bunun 77-si proporsional nümayəndəli sistemlə, 73-ü isə təküzvlü rayon çoxluq sistemi ilə seçiləcək. Siyasi partiyaların seçkilərdə iştirak etmək üçün 25.00 imza təqdim etməsi kifayətdir, və 3% səs toplaya bilən partiya namizədləri parlamentə buraxılır. Bu səs baryerini keçmək üçün partiyalar blok da formalaşdıra bilərlər. Parlamentdə Gürcü Arzusu partiyası 96 deputatla hakim mövqeyini qoruyub saxlayır. İkinci yerdə 19 deputatla Vahid Milli Hərəkat partiyasından ayrılan Avropalı Gürcüstan partiyası qərarlaşıb. 3 ən böyük partiyadan digəri 7 deputatla Vahid Milli Hərəkat Partiyasıdır: “Parçalandıqdan sonra, xeyli güc itirsə də, Saakaşvilinin partiyası hələ də hakimiyyətə ən böyük təsir gücü olan partiyadır. Parlamentdə həmçinin 12 müstəqil namizəd, 7 Gürcüstan Vətənpərvərlər Alyansı, 5 Bizim Gürcüstan – Həmrəylik Alyansı, 3 Gürcüstan Mühafizəkar Partiyası, və 1 dövlət Xalq Üçün partiyası üzvü deputat kimi təmsil olunurlar. Yeni seçkilərdə də, İvanaşvilinin Gürcü Arzusunu ən çox Avropalı Gürcüstan və Saakaşvilinin əsasını qoyduğu Vahid Milli hərəkat Partiyasının sıxışdıracağı güman edilir. Bundan başqa gürcü oliqarx Xazaradze də İvanaşvili ilə münasibətləri hədsiz gərginləşəndən sonra, Lelo Gürcüstan partiyasını quraraq aktiv siyasətə qatılıb”.

Analitik qeyd edib ki, İvanaşvili Xazaradzenin sahibi olduğu telekanalı əlindən alıb, bankına maliyyə yoxlamaları göndərib və Xazaradzenin amerikalılarla ortaq olduğu Anaklia limanından onu uzaqlaşdıraraq, limanı çinlilərə təklif edib. Xazaradzenin partiyası yeni yaransa da, həm Qərblə, xüsusilə İngiltərə və Amerika ilə oturuşmuş münasibətləri, həmçinin geniş maliyyə resusrları vardır. Hazırda hakim Gürcü Arzusu partiyası özünün ən çətin dövrlərindən birini yaşayır. 2019-2020-ci illərdə baş tutan anti-korrupsiya nümayişləri partiyanın reytinqini çox aşağı salıb, reytinqlərdə həddən artıq gerilədib. Sadəcə Koronavirus COVİD-19 pandemiyasını nisbətən daha uğurlu idarə etməsi partiaynın səslərini artırmasına kömək edib: “Seçkilərdən qabaq Vahid Milli Hərəkat, Avropalı Gürcüstan, Gürcüstan Əmək Partiyası və Yeni Gürcüstan partiyası vahid seçkibloku formalaşdırıb. 19 iyunda bu partiyalar Tiflisdə mübarizə aparacaq 6 ortaq namizədi ortaq təqdimetmə mərasimi keçiriblər. Müxalifət alyansında hal-hazırda 31 partiya var. Alyansa daha əvvəl qoşulmuş Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvili isə müxalifəti öz maraqlarını güdməkdə və Rusiyaya loyal münasibətdə ittiham edərək tərk edib, öz növbəsində müxalifət alyansı da Alikonu alyansın birliyini dağıtmağa çalışmaqda ittiham edib. Bu hələ ki, alyansda ilk çatdır. Lelo Gürcüstan (Gürcüstan üçün Sına) partiyası isə müxalif alyansa qoşulmaqdan imtina edib, fərqli məşhur fiqurları və partiyaları cəlb edərək, özünü böyütməyə çalışır. Müxalifətin maraqlı partiyalarından Girçi isə öz seçicilərinə seçkidə Tesla maşınları verməyə söz verib. Girçi büdcədən onlara ayrılan pulla maşınları alaraq lotereyada qaliblərə paylayacaq”.
Erməni deputatların qənimi olan Azər Süleymanov əsl kişi obrazı kimi tanınıb
T.Rzayev bildirib ki, seçkilərin azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli – Borçalı bölgəsində də həmişəki kimi gərgin keçəcəyi gözlənilir. Demək olar ki, bütün əsas partiyalar Marneuli-Qardabani bölgəsi üzrə majoritar deputatlığa azərbaycanlı namizədlər irəli sürüblər. Avropalı Gürcüstan partiyası Əhməd İmamquliyevin namizədliyini irəli sürüb. İmamquliyev Vahid Milli Hərəkat partiyasında apardığı aktiv mer seçkilərinə namizədlik kampaniyası ilə daha çox tanınır: “Məhz onun və hazırkı deputat Azər Süleymanovun aktiv fəaliyyəti nəticəsində iqtidar partiyası Marneuli merini azərbaycanlılardan təşkil etməyə məcbur olmuşdu. Lelo Gürcüstan partiyasının namizədi Murad Muradovdur. Hakim Gürcü Arzusu partiyasından namizəd isə Marneulinin hazırkı meri Zaur Darğallıdır. Zaur Darğallının bu seçki üçün şəhər merliyindən istefa etdiyini nəzərə alsaq, demək ki, iqtidar partiyası hər nə bahasına olsa bu dairəni ələ keçirmək istəyir və bu məqsədlə öz ağır toplarını döyüş meydanına çıxarıb. Eyni vaxtda Darğallının çox aktiv seçki kampaniyası aparması gözlənilir. Vahid Milli Hərəkat partiyasının namizədi hazırki deputat Azər Süleymanovdur.

Qeyd edək ki, Marneuli şəhəri Saakaşvilinin partiyasının alınmaz qalalarından sayılır. Gürcüstan azərbaycanlılarının siyasət duayenlərindən sayılan Azər Süleymanov artıq neçə dəfədir ki, ardıcıl deputat mandatını əlində saxlayır. O eyni vaxtda, Əhməd İmamquliyevlə birlikdə Marneuli şəhər merinin azərbaycanlı olması uğrunda apardığı kəsilməz müdarizə ilə də tanınır. Süleymanov Gürcüstan parlamentində erməni deputatların qənimi olması, Gürcüstan ilə Azərbaycan münasibətlərinə erməni təxribatlarının zərər verməsinin qarşısında durması ilə də tanınır. Xüsusilə onun nə qədər yüksək vədlər verilsə də, onlarla gürcü deputat müxtəlif vədlərlə Vahid Milli Hərəkat partiyasını tərk etdiyi bir vaxtda, son anda Mixail Saakaşvilinin partiyasında qalan 6 deputatdan biri olması, bu hərəkəti ilə partiyanın parlamentdə qrup formalaşdırılması hüququnu xilas etməyi onu hətta rəqib partiyalar arasında da əsl kişi obrazı kimi tanıdıb. Marneuli eyni vaxtda Vahid Milli Hərəkat partiyasının hər seçkidə yüksək səs faizi yığdığı bölgələrin başında gəlir. Bütün namizədlərə uğur arzu edirik”.