• 19 Mart 2024
logo
“Prezident İlham Əliyevin Putinə narazılığını bildirməsi...”

“Prezident İlham Əliyevin Putinə narazılığını bildirməsi...”

Məhəmməd Əsədullazadə: “Ölkəmizin xarici siyasətində dəyişikliklər edəcəyinin göstəricisidir”

“Rusiyanın Ermənistana Tovuz hadisələrində 400 ton silah-sursat göndərməsi, Qarabağ münaqişəsinin həllində bundan sonra vasitəçi kimi heç bir müsbət addım atmayacağı bəllidir. Moskvanın bununla da Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək planı fiaskoya uğradı”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəməəd Əsədullazadsə deyib. O, əlavə edib ki, Moskva- Bakı- Ankara üçbucağı məhz Kremlin Ermənistan siyasətinə görə ciddi bir irəliləyişə nail olmadı. Kəskinləşmək mərhələsinə keçdi: “Görünür erməni lobbisinin Putinə ciddi təzyiq imkanları var.
Təbii ki, Rusiyanın təmənnasız işğalçı ölkəyə böyük partiyada silah göndərməsi, Azərbaycanın yeni siyasət ortaya qoyması ilə nəticələndi. Məhz Azərbaycan prezidenti İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinə zəng edərək narazılığını bildirməsi ölkəmizin xarici siyasətində dəyişikliklər edəcəyinin göstəricisidir. Azərbaycan bundan sonra Rusiyadan silah alışını dayandırmalıdır.
Qeyd edək ki, Moskvanın Ermənistana bu yardımı öz regional siyasətinə zidd olacaq. Türkiyə məhz Tovuz təxribatlarından sonra, Azərbaycanda öz hərbi iştirakını artırmış oldu.
Göründüyü kimi Rusiya Ermənistana görə öz geosiyasi planlarında ciddi yanlışlığa yol verdi. Rusiya və Ermənistan düşünür ki, bununla Azərbaycana təzyiqlər edəcək. Amma, Türkiyənin Bakıda verdiyi mesajlar məhz belə bir təzyiqlərdə Ankara Azərbaycanın yanında olacağını qeyd etdi.
Ermənistana göndərilən hərbi yüklərlə bağlı Azərbaycan Rusiyaya etirazını prezident səviyyəsində bildirdi. İran, Qazaxıstan və Türkmənistanın hava məkanınından Ermənistana göndərilən hərbi yüklər barədə bu ölkələrdən izahat tələb edilməlidir. Çünki Azərbaycan hər üç ölkə ilə sıx dostluq münasibətlərinə malikdir.
Bir məsəlini vurğulamaq lazımdır ki, Türkiyənin regionda güclənməsi və Azərbaycanla hərbi müttəfiqliyi bir neçə aspektdən uğurlu olacaq. 1-ci hakimiyyət Rusiyadan məsafəli davranacaq. 2-ci Kremlin layihələrində yer almaq üçün qəti şəkildə əleyhinə olacaq. 3-cü daxili siyasətində, idarəetmədə "5-ci" kolonu sıxışdırıb çıxaracaq.
Artıq bundan sonra, Azərbaycan kursantları NATO və Türkiyə məktəblərinə göndəriləcək. Qeyd edim ki, bir neçə ildir ki, Azərbaycan kursantları Rusiyanin hərbi məktəblərinə göndərilir. Türkiyə və NATO kurslarında Azərbaycan hərbiçiləri bir neçə nəfərlə təmsil edilir.
Bundan əlavə, prezident İlham Əliyev Türkiyə ilə davamlı siyasəti davam etdirdikcə, ordumuzda təmizləmə işləri də gedəcək. Xüsusilə yüksək vəzifədə olan şəxslərin yaxın perspektivdə vəzifədən alınmasını istisna etmirəm.
Baş verənlər proseslərə baxmayaraq Azərbaycan Rusiya ilə qonşuluq və dostluq əlaqələrinin inkişafında maraqlı olacaq. Çalışacaq ki, Moskva ilə konfontrasiyaya getməsin. Amma, Kreml hərvəchlə ölkəmizə təzyiqlər etməyə çalışacaq. Bu da uğurlu olmayacaq”.

Əli Zülfüqaroğlu