• 27 İyul 2024
logo
XİN: Azərbaycanla Pakistan güclü dostluq münasibətləri ilə bir-birinə bağlıdır

XİN: Azərbaycanla Pakistan güclü dostluq münasibətləri ilə bir-birinə bağlıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Pakistanı təbrik edib.

Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycanla Pakistan güclü dostluq və tərəfdaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. Bu sevincli gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, - deyə qeyd olunub.