• 25 Aprel 2024
logo
DSMF-nin gəlir və xərclərinin azaldılması ilə bağlı qanun qüvvəyə minib

DSMF-nin gəlir və xərclərinin azaldılması ilə bağlı qanun qüvvəyə minib

Azərbaycan Prezidenti İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, 2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılıb.

Belə ki, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib.

İndiyə qədər isə DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.