İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sər¬hə¬din¬də təmas xəttində yerləşən sər¬həd döyüş mövqelərinə qarşı düş¬mən tərə¬finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qul¬luqçu üzərində avqust ayının 1-də aparıl¬an cərrahiyyə əmə¬liy¬yatı uğurla başa çatıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd edilir ki, hazırda onun vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla¬rının Ko¬mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul¬luqçuya baş çəkib, cər¬rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya¬xından tanış olub.
General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali¬deyn¬¬ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən¬pərvərlik və düş¬mə¬nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh¬bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə¬cəyinə onları əmin edib.