• 27 Sentyabr 2020
logo
Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

“Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında bildirilir ki, Ermənistan azad söz və plüralizmi təbliğ edir və terrorizm və ekstremizmə qarşıdır. Halbuki bu, tam yalandır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib.

Prezidentin köməkçisi xatırladıb ki, bu yaxınlarda Los-Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər barbarcasına azərbaycanlılara hücum edib, onlara xəsarətlər yetiriblər.

“Bu, məhz Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporu da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə, diaspor öz dağıdıcı fəaliyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr törədir”.