• 1 İyul 2025
logo
Hikmət Hacıyev: "Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir”

Hikmət Hacıyev: "Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir”

“Strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.

O qeyd edib ki, bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır: “Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil”.