• 10 İyul 2025
logo
Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim edib

Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri, Türkiyə Prezident Adminstrasiyasının Səhiyyə və Qida Təhlükəsizliyi Qurumunun üzvü Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub.

Mükafatları Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın Türkiyədəki səfirliyində təqdim edib.

Nazir Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalını bağışlayıb.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Parlamentinin deputatları, sabiq nazirlər də iştirak edib.