• 26 Sentyabr 2020
logo
QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Prezident İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilir:

“4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.