• 19 Aprel 2024
logo
"Diasporumuzun inkişaf prosesini sürətləndirmək üçün azərbaycançılıq ideologiyası əsas götürülməlidir"

"Diasporumuzun inkişaf prosesini sürətləndirmək üçün azərbaycançılıq ideologiyası əsas götürülməlidir"

Orxan Əliyev: “Diaspor üzvlərinin azərbaycançılıq düşüncəsində olması onların vətənlə bağlılığını daha da gücləndirir"

Azərbaycançılıq ideyasına bağlılıq xaricdəki soydaşlarımızın vətənlə əlaqələrinin güclənməsi və milli şüurun inkişafı baxımdan önəmlidir. Bu mövzuda Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyevin "Xalq cəbhəsi' qəzetinə fikirlərini təqdim edirik.
Xatırladaq ki, Orxan Əliyev 03.05.1971-ci ildə Goranboy rayonun Zeyvə kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib. Hərbi xidməti başa vurduqdan sonra polis işləyib. 2009-cu ildən Astanada yaşayır. O, diaspor işində aktiv olmaqla yanaşı, idmanla da məşğul olur.
Orxan Əliyev deyib ki, azərbaycançılıq ideyası zaman-zaman mərhələli şəkildə inkişaf dövrü keçib: "Bu ideyanın əsas mayası olan azərbaycançılıq ideologiyası tarixin müxtəlif dövrlərində meydana çıxaraq formalaşıb. Amma bu ideologiya prinsip etibarilə müstəqillik illərindən sonra daha geniş yayılıb. Lakin bu dövrə qədər də azərbaycançılıq ideologiyasının formalaşmasında və yayılmasında Azərbaycanın elm və fikir adamlarının, syasi xadimlərinin müstəsna xidmətləri olub. Onların Azərbaycanla bağlı qələmə aldıqları əsərlər, o cümlədən ictimai fəaliyyətləri azərbaycançılıq ideyasını formalaşdırıb və günümüzə gətirib çıxarıb. Müasir zamanda isə Ulu öndər Heydər Əliyev tərəfindən azərbaycançılıq ideologiyası dövlət siyasətinin prinsipial istiqamətlərindən birinə çevrilib".
Orxan Əliyev milli diasporun ideoloji gücünün azərbaycançılığa bağlılığından asılı olduğunu bildirib: "Diaspor üzvlərinin azərbaycançılıq düşüncəsində olması onların vətənlə bağlılığını daha da gücləndirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı bunu açıq şəkildə vurğulayıb: "Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
Düşünürəm ku, xüsusən yaşlı diaspor üzvləri gənclərə bu ideyanı aşılamalıdırlar. Amma yaşlı diaspor üzvləri hər zaman eyni aktivlikdə ola bilməzlər. Artıq yeni diaspor nəsli önə çıxmalı və özlərinin zamana uyğun layihələrini həyata keçirməlidirlər. Əlbəttə ki, bunun üçün yaşlı nəsil özündən sonra yeni nəsil diaspor yetişdirməlidir. Biz, Qazaxıstandakı diaspor olaraq bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk".
Onun fikrincə, diasporumuzun inkişaf prosesini sürətləndirmək üçün düzgün ideoloji strategiya qurulmalıdır: "Bunun üçün azərbaycançılıq ideologiyası əsas götürülməlidir. Diaspora və onun fəaliyyətinə diqqət artırılmalıdır. Həmçinin diaspora stimul, həvəs verilməlidir. Nəzərə almaq lazımdır ki, diaspor canlı qüvvədir. Bu da daimi inkişafa meyillidir. Sadəcə, onu ideoloji olaraq hərəkətə gətirmək lazımdır. Bu baxımdan azərbaycançılıq ideyasının təbliğinin əhəmiyyətli faydası var".

Əli