• 29 Mart 2024
logo
ASP onlayn formada qurultayını keçirəcək

ASP onlayn formada qurultayını keçirəcək

Azərbaycan Sosialist Partiyası (ASP) 12 avqust tarixində onlayn formada növbəti qurultayını keçiriləcək.

ASP sədri Elşən Həsənov bildirib ki, partiyanın uzun müddət dövlət qeydiyyatından kənarda qalması səbəbindən Siyasi Şura olaraq karantin şəraitində onlayn qurultayın keçirilməsi qərarına gəldik.

Qurultayın keçirilməsində məqsəd, zamanın tələblərinə uyğun olaraq partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər edilməsi, partiyaya yeni üzvlərin cəlb edilməsi, qeydiyyatla bağlı yenidən Ədliyyə Nazirliyinə ərizə ilə müraciətlə bağlıdır: "Qurultayda təşkilati məsələlərə baxılacaq: sədr seçkisi, Ali Məclisin tərkibinin təsdiq olunması və üzvlərin yenidən seçilməsi planlaşdırılıb".

Xatırladaq ki, 1999-cu il tarixində təsis edilən Yeni Yol partiyasının adı növbəti, 2002-ci ildə keçirilən qurultayında dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılıb.

E.Həsənovun bildirdiyinə görə, hər iki halda - istər 1999-cu ildə, istərsə də 2002-ci ildə partiya sənədləri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib ki, sənədlərin surətləri bunu təsdiq edir.

Qurultay saat 14.00-da keçiriləcəkdir.