• 28 Sentyabr 2020
logo
"Milli şuradakıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

"Milli şuradakıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

"Gültəkin Hacıbəylinin, Əli Kərimlinin və Milli Şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir".

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Milli Şura üzvləri şəxsi ambisiyaları üçün hər cür addımı atmağa hazırdılar:

"Bu adamların əsas prinsipi budur ki, xalq nə qədər əziyyət çəkirsə, bunlar üçün xeyirlidir, əhəmiyyətlidir. Uzun illərdir siyasətlərini buna yönəldiblər. Bu yolla siyasi məqsədlərinə çatacaqlarını düşünürlər. İstənilən situasiyada cəmiyyətdə suni sosial gərginlik yaratmağa çalışırlar. İndi də koronavirus pandemiyasına qarşı mübarizəni özləri üçün "fürsət" bilirlər. Və görürsünüz ki, özlərinin keçirdiyi iclaslarda gizlətmirlər və buna sevinirlər. Şəxsi ambissiyaları üçün hər cür addımı atmağa hazırdılar və necə ki, bunu edirlər. Bütün fəaliyyətlərini bu istiqamətdə qurublar ki, sosial narazılıq günü-gündən artsın, sabitlik pozulsun, kütləvi narazılıq yaransın. Gültəkin Hacıbəyli utanmadan "Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir. Bu da, açığı, karantin qaydalarının uzadılması birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır. Kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın - karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi" fikirlərini bildirir. Bu adam simasını gizlətmir də".

Sədr müavini qeyd edib ki, Şura üzvləri nəyin bahasına olur-olsun, hakmiyyətə gəlməyin yollarını düşünürlər:

"Bunlar arzulayırlar ki, xalqımızın virusdan itkisi həddinən artıq çox olsun və hətta avropa ölkələrində olan vəziyyətdən də pis duruma düşək. Gültəkin Hacıbəylinin niyyətində anti insanlar durur. Bunun üçün insan faktorunun heç bir əhəmiyyəti yoxdur. Nəyin bahasına olur-olsun, hakimiyyətə gəlməyin yollarını düşünürlər və nəyin bahasına olur olsun qisas alsınlar, vəzifə sahibi olsunlar, varlansınlar. Bu adamlar pusquda durmuş yırtıcıya bənzəyirlər... Ancaq cəmiyyət bilməlidir ki, bu gün tək Azərbaycan deyil, dünyanın 200-dən artıq dövlətləri bu virusla mübarizə aparır və demək olar bütün dünya karantin rejimində fəaliyyət göstərir. Bir çox inkişaf etmiş ölkələr məhdudlaşdırıcı rejimlə fəaliyyət göstərir. Və Azərbaycan virusla mübarizədə çox yaxşı vəziyyətdədir. Bu günə qədər bizim ölkədə 33 000-ə yaxın şəxs virusa yoluxub və bunların da 30 000-ə yaxını sağalaraq evə buraxılıb. Bu göstərici virusla mübarizədə çox yüksək göstəricidir. Bu da onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev üçün əsas insan faktorudur və o, hər bir vətəndaşını qorumaq siyasətini həyata keçirdir".