• 28 Mart 2024
logo
XİN: Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq

XİN: Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi "Twitter" hesabında bildirib.

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə qeyd olunub.