• 26 Aprel 2024
logo
Aİ Şurasının Prezidenti Livana səfər edəcək

Aİ Şurasının Prezidenti Livana səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel sabah Livanın paytaxtı Beyruta səfər edəcək.

Bu barədə Şarl Mişel "Twitter"də bildirib.

Aİ rəsmisi qeyd edib ki, səfərin məqsədi Avropanın Livan xalqı ilə həmrəy olduğunu göstərməkdir.

"Biz bu hadisədən sarsıldıq və kədərləndik. Bu partlayışdan təsirlənən bütün insanların yanındayıq və onlara yardım edəcəyik", - deyə Şarl Mişel vurğulayıb.

O bildirib ki, səfəri çərçivəsində Livan Prezidenti, Parlamentin Spikeri və Nazirlər Şurasının Prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Aİ Livana 33 milyon avro məbləğində yardım ayıracağını bildirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır.