• 28 Sentyabr 2020
logo
“Soydaşlarımız “güclü erməni lobbisi” mifini darmadağın etdilər”

“Soydaşlarımız “güclü erməni lobbisi” mifini darmadağın etdilər”

Nəsib Məhəməliyev: “Bu hadisələr bizim diaspora siyasətimizdə dönüş nöqtəsi oldu”

“Paşinyan öz təcrübəsizliyi, sistemsiz davranışları,qeyri adekvat, xəstə erməni xislətinə məxsus bəyanatları ilə Ermənistan cəmiyyətində parçalanmalara, qarşıdurmalara səbəb oldu. Ənənəvi müttəfiqləri ilə münasibətlər korlandı, hakimiyyətə gəlməmişdən əvvəl küçə mitinqlərində verdiyi çoxsaylı vədləri yerinə yetirə bilmədi”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili diqqətə çtdırıb ki, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin etibarlılığını yoxlamaq üçün iyul ayının 12-də Tovuz rayonunda yerləşən postlarımıza xaincəsinə hücum edərək təxribatlar törətdi: “Kəndlərimiz artilleriya atəşinə tutuldu və bir nəfər mülki vətəndaşımız həlak oldu. Ordumuzun layiqli cavabını aldıqdan dərhal sonra həmin təşkilata kömək üçün müraciət etsə də, heç bir dəstək almadı.
Bundan sonra təxribatları erməni diasporası vasitəsilə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik nümayəndəliklərinin qarşısında təşkil etdilər. Lakin, həmin ölkələrdə yaşayan soydaşlarımız, tələbələrimiz çox saylı erməni diasporasının qarşısında ləyaqətlə durdular və ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqla, “güclü erməni lobbisi” haqqında mifi darmadağın etdilər. Təbii ki, Paşinyan və havadarları bunu qətiyyən gözləmirdilər. “ASALA” terror təşkilatının simvollarını əks etdirən paltarlarla soydaşlarımızı qorxutmaq istəsələr də adekvat cavablarını aldılar. Bir çoxları törətdikləri cinayətlərə görə həbs olundular. Bu biabırçı məğlubiyyətdən sonra Paşinyan, diaspora siyasəti üzrə nazirliyin bir çox vəzifəli şəxslərini cəzalandırdı.
Qürur hissi ilə soydaşlarımızın göstərdikləri milli həmrəyliyi qeyd etmək istəyirəm. Onlar əsl qəhrəmanlıq göstərərək, cinayətkar ermənilərin qarşısından nəinki çəkilmədilər, əksinə azlıqda olmaqlarına baxmayaraq daşnakları mənəvi baxımdan sındırdılar. Hesab edirəm ki, bundan sonra ölkəmizə qarşı hər hansı aksiya təşkil etməmişdən əvvəl xeyli düşünəcəklər. Bu onların yaddaşlarından silinməyəcək. Üstəlik bu hadisələr bizim diaspora siyasətimizdə bir dönüş nöqtəsi oldu. Bundan sonra daha da təkmilləşmə gedəcək və ermənilərə harda olmaqlarından asılı olmayaraq rahat həyat yaşatmayacaqlar. “Mif” dağıldı”.

Əli Zülfüqaroğlu