• 26 Sentyabr 2020
logo
“Ermənistanda demokrtaik gözləntilər avroritar idarəçiliklə əvəzləndi”

“Ermənistanda demokrtaik gözləntilər avroritar idarəçiliklə əvəzləndi”

Məhəmməd Əsəsdullazadə: “İrəvanda siyasi xaos qaçılmazdır”

“Ermənistandan siyasi vəziyyəti Baş nazir Nikol Paşinyan getdikcə daha da qərizləşdirir. Bunun təməlində əsasən öz hakimiyyətini qorumaq və möhkəmlətməkdir. Halbuki o, hakimiyyətə gələndə xalqına demokratik açılım vəd etmişdi”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsəsdullazadə deyib. O,bildirib ki, amma, gedən proseslər heç də inqilab eyforyasiyasına mübtəla olunmuş xalqın demokrtaik gözləntiləri avroritar idarəçiliklə əvəzləndi: “Xalq və ictimai fəallar ölkəsində Paşinyandan siysasi islahatalar əvəzinə ondan reperssiya, ictimai fəalların və opponentlərinin həbsinin şahidi olur. Bu onu göstərir ki, Ermənistanda baş verən inqilab heç də demokratik açılım deyil, bu bolşevizmin yeni təzahürüdür. Çar Rusiyasında bolşeviklər inqilab edəndə xalq onları dəstəklədi və bolşeviklərin ölkəyə demokratik və siyasi azadlıq və çörək verəcəyini gözləyirdi. Nəticədə həbslər, sürgünlər baş verdi. Paşinyanın inqilabıda məhz bu istiqamətdə gedir və bolşevizmi təkarar edir. Ümumiyyətlə Paşinyanın Vətən partiyasının sədri Vanetsyana qarşı siaysi təqibləri və ona qarşı cinayəti işi açması əsasən onun susdurlmasına hesablanır. Baş verənlər heç də Ermənistan üçün müsbət nəticələnməyəcək və ölkədə siyasi xaosun baş verməsi qaçılmazdır”.

Əli Zülfüqaroğlu