• 20 Aprel 2024
logo
“Erməni diasporu ilə rəsmi İrəvan arasındakı ziddiyyətlər dərinləşir”

“Erməni diasporu ilə rəsmi İrəvan arasındakı ziddiyyətlər dərinləşir”

Naqif Həmzəyev: “Paşinyanın diaspor üzrə komissarın ofisini alt-üst etməsi erməni diasporunun fəaliyyətinin uçuruma doğru getdiyini göstərir”

“Erməni diasporunun son uğursuzluğu işğalçı ölkənin baş nazirini əməli atmağa, diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi. Bu fikirləri “Xalü cəbhəsi”nə açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, son hadisələr Azərbaycan diasporunun çox qısa müddətdə ermənilərin xaricdə böyük təxribat və yalanlara həqiqət donu geyindirmək cəhdlərini ifşa etməsi erməni diasporu ilə rəsmi İrəvan arasındakı ziddiyyətləri dərinləşməsinə şərait yaratdı. Baş nazirin işğalçı dövlətin diaspor üzrə komissarın ofisini alt-üst etməsi, eyni vaxtda 13 əməkdaşı işdən kənarlaşdırması xaricdəki erməni diasporunun fəaliyyətinin uçuruma doğru getdiyini göstərdi. İşdən kənarlaşdırılanların siyahısı isə Ermənistanın diaspora siyasətinin daha çox hansı istiqamətlərdə iflasa uğradığının nümayişi oldu. Bu da diaspora komissarlığından kənarlaşdırılanların cavabdeh olduqları bölgələrdə erməni diasporunun faəliyyəti ilə bağlı ciddi problemlərin olduğunu göstərdi...
Ermənilərin barbarcasına təşkil etdikləri aksiyalarda üzərində “Asala” terror təşkilatının adı yazılmış köynəklər geyinməsi onların terror, vandalizmə nə qədər sadiq olduqlarını, hansı psixologiya və təfəkkürlə yaşadıqlarını göstərdi.
Soydaşarımızın öz vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşməsi dünya ictimaiyyətinin gözü qarşısında oldu. Eyni zamanda son hadisələr Azərbaycanın diplomatik uğurlarının artdığının, diasporamızın vandallara, barbarlara qarşı mətinliklə müqavimət göstərə bildiklərinin nümayişi oldu. Azərbaycan diasporunun məkrli, anti-Azərbaycan təbliğatı aparan erməni diasporundan daha məqsədyönlü, təcrübəli və daha mütəşəkkil qüvvə olması isə Paşinyan hakimiyyətini şok addımlar atmağa məbur etdi...”.

Əli